Menu
Xəbər Lenti
Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

Dünya bir nərdivandır...
16-07-2026, 11:41

Dünya bir nərdivandır...

07 Ara 15:34Mədəniyyət

Alla Puqaçova və Billi Ayliş ilin ən nüfuzlu qadınları reytinqinə daxil olublar

SSRİ xalq artisti, rusiyalı müğənni Alla Puqaçova, amerikalı ifaçı Billi Ayliş, hind aktrisası Priyanka Çopra və venesuelalı idmançı Yulimar Roxas BBC yayım korporasiyasının çərşənbə axşamı dərc etdiyi ilin ən nüfuzlu 100 qadını siyahısına daxil olub.

Reytinqdə həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Barbadosun ilk qadın baş naziri Mia Mottli, Yəmən Qadınlar Birliyində çalışan hüquqşünas Mayn Əl-Obaydi və hüquq müdafiəçisi Lina Əbu Akle də yer alıb.

Bundan başqa, siyahıya “Me Too” ictimai hərəkatının yaradıcısı, Braziliyanın yerli əhalisinin hüquqları uğrunda mübarizəyə rəhbərlik edən fəal Tarana Berk, Elis Pataho və amerikalı aktrisa Selma Bler də daxil edilib.

Qeyd edək ki, yayım korporasiyası son 10 ildə mütəmadi olaraq dünyanın ən güclü 100 qadınının adını açıqlayır.