Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
Harri Keyndən tarixi nəticə
“Bavariya” klubunun futbolçusu Harri Keyn UEFA Çempionlar Liqasında Zaqreb “Dinamo”su ilə görüşdə (9:2) unikal nailiyyətə imza atıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Opta Analyst”in məlumatında bildirilib.
Sözügedən qarşılaşmada poker edən 31 yaşlı təcrübəli forvard Alan Smitin 1991-ci ildəki nailiyyətini təkrarlayıb. Belə ki, Keyn həmin tarixdən sonra avrokubokların əsas raundunda bir matçda 4 qol vuran ilk ingilis futbolçu olub.
Keyn həm də “Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runinin rekordunu qırıb. O, Çempionlar Liqası tarixində 33-cü qoluna imza ataraq ən çox qol vuran ingilis oyunçu olub. Keyn aktivində 30 qol olan Ueyn Runini geridə qoyaraq yeni rekordu müəyyənləşdirib.
Qeyd edək ki, Harri Keyn 2023-cü ilin yayında “Tottenhem”dən Münhen klubuna keçib. Trasfermarkt portalı futbolçunu 100 milyon avro qiymətləndirir.























































