Xəbər Lenti
24-03-2023, 00:17
Zelenski: Ukrayna indi öz müstəqilliyi uğrunda mübarizənin həlledici mərhələsindədir
24-03-2023, 00:02
Heydər Əliyev Sarayı Novruz bayramı münasibətilə uşaqları əyləncəli proqram ilə sevindirib
23-03-2023, 13:57
Rəcəb Tayyib Ərdoğan: Başda Azərbaycan olmaqla TDT-yə üzv dövlətlər Türkiyəyə dəstək verdilər
22-03-2023, 23:53
İçərişəhərdəki bayram şənliyində müasirliklə milliliyin vəhdəti xoş təəssürat yaradır
22-03-2023, 01:16
Pakistan və Əfqanıstanda zəlzələ nəticəsində 4 nəfər ölüb, 150-yə yaxın insan yaralanıb
21-03-2023, 01:27
Fəxriyə Xələfova: Novruz bayramına aid hər bir ənənəni gələcək nəsillərə ötürmək vacibdir
15 mar 23:54Gündəm / Mədəniyyət
Azərbaycanda yapon folklorunun təbliği iki ölkə arasında dostluq münasibətlərinə töhfə verəcək
Bu ilin fevral ayından başlayaraq Yaponiya səfirliyi Azərbaycanda “Yapon küləyi” adlı silsilə tədbirlər keçirir. Bununla ölkənizin sakinlərinin Yaponiya mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı yaranıb. Yaponiya ilə Azərbaycan arasında bu cür mehriban münasibətlərin, qarşılıqlı hörmət və etimadın qurulması təqdirəlayiqdir. Bu səbəbdən də Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf etməkdədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında yapon ənənəvi folklor ifaçısı Nobutaka Yoşizavanın konsertində Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada deyib.
“Bu gün Yaponiyadan xüsusi olaraq dəvət etdiyimiz yapon musiqi folklor ifaçısı olan Nobutaka Yoşizavanın konsertinə yığışmışıq. Bildiyiniz kimi, keçən il Azərbaycanla Yaponiya arasında diplomatik münasibətlərin 30-cu ildönümü zamanı biz bir çox tədbirlər təşkil etdik və bu il də bəzi mədəni tədbirlər keçirməyi düşünürük. Bunlardan biri də bugünkü konsertdir. Düşünürük ki, belə tədbirlərin davamlı keçirilməsi iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi üçün gözəl vasitə olacaq. Məhz Novruz bayramı ərəfəsində bu tədbirin keçirilməsinin bizim üçün çox böyük əhəmiyyəti var. Azərbaycanın gözəl təbiəti, insanların qonaqpərvərliyi və dadlı mətbəxi də məni valeh edir”, – deyə səfir bildirib.