“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Azərbaycanda hər 66 qadından biri siqaret çəkir
"Təəssüf ki, Azərbaycanda siqaret çəkən qızların sayı kəskin artır. Ən pisi odur ki, tərgitmək bacarığına görə qadınlar kişilərdən çox geridə qalırlar. Yəni, qadın orqanizminin siqaretdən imtina etməsi daha çətindir".
Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, Harvardda aparılan tədqiqat nəticəsində bəlli olub ki, hamiləlik dövründə siqaret çəkən qadınların dünyaya gətirdikləri övladları cinayətə qarşı daha çox meyilli olurlar.
İqtisadçı qeyd edib ki, statistikaya görə Azərbaycanda hər 66 qadından biri siqaret çəkir:
"Amma düşünürəm ki, real rəqəm daha böyükdür. Çünki qadınlar bu tip məlumatın gizlədilməsinə önəm verirlər. Yəni, real siqaret çəkən qadınlar statistikada olandan daha çoxdur. Bunu tibbi statistika başqa yolla isbatlayır. Süd vəzi və ağciyər xərçəngindən əziyyət çəkən qadınların sayı çox artıb. Çünki siqaretin tərkibində olan kanserogen törəmələr birmənalı olaraq xərçəngi stimullaşdırır. 10 il ərzində siqaret çəkən qadınların tibbi müayinələrinin nəticələrinə əsasən, onlar siqaret çəkməyən qadınlara nisbətən 25 dəfə artıq ağciyər xərçəngi xəstəliyinə tutulurlar".