Netanyahu İsrail və İran xalqlarına müraciət etdi: "Hərbi əməliyyatlar hakimiyyət dəyişikliyi üçün şərait yaratmalıdır"
KİV: Netanyahu yeraltı bunkerdə təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə görüş keçirir
İsrail-İran MÜNAQİŞƏSİ - Tehrandan başqa, daha altı şəhərdə PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR
Məktəblərdə şagirdlərin pis vərdişlərdən qorunması: maarifləndirmənin zəruriliyi və məsuliyyət bölgüsü.
Ermənistan məhv edilən 4 hərbçisinin adını açıqladı - YENİLƏNİB

Ermənistan törətdiyi təxribat nəticəsində məhv edilən 4 hərbçisinin adını açıqlayıb.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, bunlar Andranik Vaqarşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtçyan, Vaçaqan Saroeviç Vardanyan, Narek Karenoviç Poqosyandır.
***
16:16
Ermənistan törətdiyi təxribat zamanı dörd hərbçisini itirib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan ordusu Ermənistanın 4 hərbçisini məhv edib, biri yaralanıb.
***
10:55
Xəbər verdiyimiz kimi, son günlər erməni tərəfinin hərbi təxribatları intensiv hal alıb. Bu gün səhər yenidən Ermənistan silahlı qüvvələri bölmələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu yaralanıb.
Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində qarşı tərəf itki verib.
Erməni KİV-in məlumatına görə, Ermənistan ordusunun 2 hərbçisi məhv edilib, 1 yaralı var. Məlumatı Ermənistan MN təsdiqləyib.























































