Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 08:13

Buzovnada mənzildə yanğın

İsrailə gizli səfər etdi
20-10-2026, 08:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 08:02

15 yolda tıxac var - Siyahı

22 Eyl 17:11Hadisə

Təslim olan erməni döyüşçülərinin aqibəti necə olacaq? - Rəsmi açıqlama

Təslim olan erməni döyüşçülərinin aqibəti necə olacaq? - Rəsmi açıqlama

Azərbaycan silahlarını təslim edən Qarabağdakı erməni döyüşçülərə amnistiya nəzərdə tutur. 
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Reuters"ə deyib. 
O, hətta keçmiş döyüşçülərə də bunun tətbiq edilməsinin mümkünlüyünü ifadə edib. 
“Hazırda biz görürük ki, bəzi ayrı-ayrı ordu qrupları və zabitlər bizimlə razılaşmayacaqlarını və müqaviməti davam etdirəcəklərini açıq şəkildə bəyan ediblər", - Hikmət Hacıyev deyib. 
O, Qarabağ ermənilərinin humanitar yardım istədiklərini və bölgəyə çatdırıldığını bildirib. O qeyd edib ki, Azərbaycan Qarabağ ermənilərinin sülh yolu ilə reinteqrasiyasını istəyir. 
Xatırladaq ki, bu gün müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb.