Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
"BMT TŞ-nin Qarabağla bağlı iclasına ehtiyac yoxdur" - Hikmət Hacıyev

Bəzi dövlətlərin bizə qarşı çevik bəyanatları bizi narahat edir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
O qeyd edib ki, bütün bunlara rəğmən, beynəlxalq ictimaiyyət və tərəfdaşlarımız bu məsələlərlə bağlı daimi məlumatlandırılır: “Azərbaycan Respublikasının legitim narahatlığı onların diqqətinə çatdırılırdı. Əfsuslar olsun ki, birtərəfli bəyanatların sülh gündəliyinə xidmət etdiyini düşünmürük”.
Prezidentin köməkçisi BMT-nin hər hansısa bir aləti tətbiq etməyinə ehtiyac olmadığını düşündüyünü bildirib.
O bildirib ki, bu cür mühüm məsələlər yerlərdə lokal səviyyədə həll tələb edir: ”Belə bir iclas çağırılarsa, heç də xeyirli və səmərəli olmayacaq. Biz istəməzdik ki, bu kövrək vəziyyət daha da pisləşsin. Yəni bu iclasın keçirilməsinə ehtiyac yoxdur. Olarsa, Azərbaycan öz legitim narahatlığını ifadə etməyə hazırdır”.






















































