Xəbər Lenti
Dün, 08:53
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
15-05-2024, 09:16
Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”
14-05-2024, 08:38
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14-05-2024, 08:35
Salam verəndə də siqnal, söyüş söyəndə də: Yolların həsrət qaldığı sürücü mədəniyyəti
13-05-2024, 11:18
Botanika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “DÜNYAMIZI YAŞILLAŞDIRAQ” mövzusunda konfrans keçirilib
25 Ock 06:47Hadisə
Marketdən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən anındaca tutulub
Paytaxtın Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin mağazanın arxa tərəfində yerləşən ehtiyat çıxışından ora daxil olduğunun şahidi olublar. Polislərin operativliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş Elvin Quliyev saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib. Həmin şəxs tutulan zaman əlində olan bıçaqla müqavimət göstərmək istəsə də, onun bu niyyətinin qarşısı polis əməkdaşlarının çevikliyi nəticəsində alınıb. Saxlanılan şəxsin üzərində axtarış aparılan zaman marketdən oğurladığı 1700 manat aşkar olunub. Elvin Quliyevin oğurluq niyyəti ilə obyektə daxil olması mağazanın təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Saxlanılan şəxsin Xətai və paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.