Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
Azərbaycanda bu şəxslərin pensiyası artıb

Azərbaycanda yeni meyyarlarla pensiya təyinatına başladıqdan sonra əlilliyə görə pensiya alanların sayında artım qeydə alınıb. Belə ki, bu ilin yeddi ayında əlilliyə görə pensiya alanların sayı 16.4 faiz artaraq, 215,200 nəfər olub. Yeni meyyarlar eyni zamanda pensiyaların artmasına da səbəb olub.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, bütövlükdə pensiyalarda, o cümlədən əlilliklə bağlı pensiyalarda artım qeydə alınıb.
“Bu ilin ilk yeddi ayında pensiya məbləği 18.2 faiz artıb. Orta pensiya məbləği 435 manat olub. Bu da bütövlükdə minimum pensiya məbləğinin və əlilliyə görə pensiya məbləğinin artması ilə bağlıdır. Bu baxımdan yeni meyyarlar tətbiq olunduqdan sonra həm əlilliyə görə pensiya alanların sayında, həm də bütövlükdə orta pensiya məbləğində artım qeydə alınıb”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, 2022-ci il iyulun 1-dən Azərbaycanda əlillik dərəcələri yeni meyyarlarla təyin edilir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna edilən dəyişikliyə əsasən, I, II və III qrup kimi əlillik göstəricisi ləğv olunub.
Əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən edilir. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunur.
Bununla yanaşı, əvvəlki qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən edilirdi, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 800-ə qədər artırılıb. Yəni 150-160 yox, 800-ə yaxın xəstəlik üzrə əlillik faizi almaq mümkündür. Elə xəstəliklər var idi ki, onlara əlillik düşmürdü, amma yeni meyyarlarda həmin xəstəliyi olan insanlara da əlillik təyin edilir.























































