Telefon izləmə imperiyası qurdular: Nə virus var, nə casus proqramı - Hər kəs izlənilir
“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
Sumqayıt şəhər İcra hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi Lalə Hacıyeva: “18 oktyabr – qürur və azadlıq günümüzdür!”
Patruşev: “Qərbin addımları Bakı ilə İrəvan arasında normallaşma prosesində vəziyyəti gərginləşdirir”
“Azərbaycan və Ermənistan arasında nizamlanma yalnız regiondankənar qüvvələr münaqişəyə müdaxiləni dayandırdıqda mümkündür və hələlik Qərbin addımları vəziyyəti gərginləşdirir”.
Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada keçirilən MDB Təhlükəsizlik Şurası katiblərinin iclasında görüşündə bildirib.
Patruşev əlavə edib ki, Rusiya həmçinin Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsində, onun inkişafı üçün şəraitin yaradılmasında, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır.
“Bu məqsədlə, Rusiya bu ölkələr arasında sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması maraqları naminə Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşdırılması istiqamətində ardıcıl addımlar atır. Praktika göstərir ki, bu, yalnız regiondankənar qüvvələrin müdaxiləsi olmadığı təqdirdə mümkündür. Qərb ölkələrinin hərəkətləri regionda vəziyyətin deqradasiyasına səbəb olur və orada ziddiyyətlərin davam etməsinə şərait yaradır”, - katib vurğulayıb.
Mənbə: Oxu.az