Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

05 Ara 18:23Manşet / Gündəm / Kriminal

Alimpaşa Məmmədovun növbəti məhkəməsi keçirilib, şahid dindirilib

 

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, məhkəmə iclası Gəncə Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Məhkəmədə bir nəfər şahid dindirilib.

Növbəti məhkəmə iclası dekabrın 28-nə təyin olunub.

Qeyd edək ki, bundan öncəki məhkəmədə prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi. Hakim təqsirləndirilən şəxsin vəkillərinə müdafiə çıxışlarını hazırlamaq üçün vaxt vermişdi.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın