Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

11 Ara 16:33Manşet / Gündəm / Siyasət

Dahi, əvəzsiz lider Heydər Əliyevin vəfatından 20 il ötür

 

Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan Respublikasının memarı və xilaskarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli lider  Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi və bənzərsiz liderlik keyfiyyətləri ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə – müstəqilliyi daimi, dönməz və əbədi etməyə müvəffəq olmuş, xalqımıza qürur və iftixar mənbəyi olan çoxsaylı tarixi nailiyyətlər qazandırmış, yeni, müasir və müstəqil Azərbaycan reallığını yaratmış müdrik dövlət xadimidir. Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan Respublikasının memarı və xilaskarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının görkəmli öndərlərindən biridir. Heydər Əliyev yeni tarix yaradan dövlət xadimi olmuşdur. Həyatı daima xalq və haqq yolunda mübarizədə keçən bu dahi insan məhz özünün fitri istedadi, yüksək intellekti, fenomenal yaddaşı, rəhbərlik məharəti, cəsarəti, mərdliyi, güclü iradəsi, idarəçilik mədəniyyəti, böyük həyat və dövlətçilik təcrübəsi ilə bütün bu çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, Azərbaycan xalqını və dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxarmışdır. Azərbaycanın taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Müasir tariximizə ən böyük azərbaycanlı kimi həkk olunmuş Heydər Əliyev dövrün ən sərt və çətin sınaqlarından keçərək, qədirbilən xalqımıza milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütəsdiq imkanı qazandırıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb. Heydər Əliyev ideyaları həm xalqımızın mənəvi-siyasi sərvəti, həm də Azərbaycan dövlətinin inkişafını, xalqımızın xoşbəxt gələcəyini təmin edən dəyərlər sistemi kimi müstəsna əhəmiyyətə malikdir. Ulu Öndərin ideyaları, eyni zamanda, milli həmrəyliyi təmin edən, dünya azərbaycanlılarını vahid məqsəd ətrafında – Azərbaycan naminə birləşdirən məfkurədir.Bu gün siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, respublikamızın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu fenomen şəxsiyyətin Azərbaycanın idarəçilik sükanı arxasına keçməsi, çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərməsi xalqımızı vətəndaş müharibəsindən, ən əsası, müstəqilliyimizin və dövlətimizin itirilməsi təhlükəsindən qurtardı. Nəticə etibarilə bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Heydər Əliyev Azərbaycanın taleyinin sınağa çəkildiyi zamanlarda xilaskarlıqdan başlamış, müstəqil dövlətimizin yaradılması kimi şərəfli missiyanı uğurla, uzaqgörənliklə, müdrikliklə yerinə yetirdi.  Ümummilli Liderin diqqət və qayğısı sayəsində ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri də aparıldı. Nəticədə yeni qurumlar yaradıldı, onların işinin təşkili üzrə zəruri tədbirlər görüldü.                  

Bu gün müasir ədliyyə  sisteminin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev dühası ilə ölkəmizdə  ədliyyə fəaliyyəti yenidən quruldu və onların gələcək inkişafının təməli qoyuldu. Bu gün bu sahədə islahatlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri 2003-cü ildə xalqa müraciətində qarşıdakı dövrdə Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirməyə qadir ünvanı göstərməsi oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev son 20 il ərzində ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirir. Bu gün ölkə Prezidenti cənab  İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Ümummilli Lider qeyd olunan müraciətində axıra çatdıra bilmədiyi işlərin cənab İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə böyük inamını ifadə edərək “Ona Özüm qədər inanıram” söyləməklə gələcək inkişafın aydın mənzərəsini təqdim etmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev bu müddət ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu, Azərbaycanın iqtisadi imkanları daha da genişləndi, beynəlxalq münasibətlər sistemində rolu artdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı və ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, Ali Baş Komandan kimi dövlət başçısı cənab  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. Nəhayət  19 sentyabr 2023-cü il tarixdə şanlı Azərbaycan Ordusu tərəfindən başladılan və 24 saatdan da az sürən uğurlu antiterror əməliyyatları nəticəsində Qarabağın inzibati mərkəzi Xankəndinin terrorçulardan təmizləndi və bununla tarixi ədalət bərpa edildi, həm də 1988-ci ildə erməni terroruna məruz qalan xalqımızın qisasını alındı. Qürur hissi ilə deyə bilərəm ki, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident cənab İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar. Əsasını ulu öndərinqoyduğumüasirvə güclü AzərbaycanOrdusucəmi 44 günə düşməninsilahlı qüvvələrinidarmadağınetdi. Ata-babatorpaqlarımızınişğaldanazadolunması ilə bitənmöhtəşəmzəfərdə AliBaş Komanda İlham Əliyevində qeydetdiyikimiAzərbaycangəncləri əsasroluoynadılar. Qorxmaz, igidgənclərimizcanları və qanları bahasınatorpaqlarımızı işğaldanazadedərəkadlarını Azərbaycantarixinə qızılhərflərlə yazdılar. Təbiiki, gənclərinbelə vətənpərvər, milliruhasadiqyetişdirilməsində ulu öndərHeydər Əliyevin əsasını qoyduğugənclərsiyasətinmüstəsna əhəmiyyətivar. VətənmüharibəsiAzərbaycandavətənpərvərgəncnəslinyetişdiyinibirdahasübutetdi.


MüasirAzərbaycanınqurucusuulu öndərHeydər Əliyevianadanolmasının100-cü ildönümü ilə əlaqədarhörmətlə və minnətdarlıqlaanırıq. Əbədi yaşar lider xalqı üçün etdiyi bütün fədəkarlıqları ilə hər zaman qəlbi Azərbaycanla döyünən bütün azərbaycanlıların qəlbində ən xoş duyğularla yaşayacaq.Azərbaycan xalqı ulu öndərin siyasi kursunu davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrü və siyasi irsi indiki və gələcək nəsillərə nümunədir. Heydər Əliyev nurlu əməlləri ilə öz adını mənsub olduğu xalqın, dövlətin, onun dəyərlərinin simvoluna çevirmiş şəxsiyyətdir. Bu ad Azərbaycan üçün müstəqilliyin, qurtuluşun, inkişafın, bütövlüyün rəmzidir.                                          

12 dekabrda Azərbaycanın böyük oğlu, otuz ildən artıq bir dövrdə xalqının həyatında, taleyində tarixi rol oynamış Heydər Əliyevin (1923-2003) vəfatının 20-ci ildönümü tamam olur. İstər sağlığında, istərsə vəfatından sonra Heydər Əliyev haqqında çoxlu sayda kitablar, qəzet-jurnal məqalələri yazılıb və bundan sonra da yazılacaq, onun işıqlı xatirəsi ədliyyə işçiləri olaraq hər birimizin, xalqımızın yaddaşında əbədi yaşayacaqdır. 


Gültən Abdullayeva

3 saylı Asan Xidmət mərkəzlərinin qeydiyyat şöbəsinin rəisi