Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

13 Ara 09:18Manşet / Kriminal

Atasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin yenidən məhkəməsi başladı

 

Şirvan Apellyasiya Məhkəməsində İmişli rayonunda atasını qətlə yetirməkdə təqsirləndirilən rayon sakini Cavid Bədirxanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 14-nə təyin edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Bədirxanovun hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğu müəyyən edilib, o, cinayət məsuliyyətindən və cəzadan azad edilib. Təqsirləndirilən şəxsin barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Qeyd edək ki, hadisə İmişli rayonunun Hacırüstəmli kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü C.Bədirxanov münaqişə zəminində atası, 1960-cı il təvəllüdlü Məmməd Bədirxanovu kürək nahiyəsindən bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilsə də, bir müddət sonra orada ölüb.

C.Bədirxanov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.