Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Dün, 09:59

Neftimiz bahalaşdı

Bakıdakı bu yol bağlanır
24-06-2025, 12:02

Bakıdakı bu yol bağlanır

Sabah 33° isti olacaq
24-06-2025, 11:46

Sabah 33° isti olacaq

17 Ock 08:33Manşet / Gündəm / Siyasət

XİN rəsmisi Aİ-nin Azərbaycandakı nümayəndəsini məsuliyyətsizlikdə ittiham edib

 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə ölkənin məhkəmə sisteminin ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulduğunu və ona müdaxilənin qəbuledilməz olduğunu bildirib.

Bu barədə o, “X” hesabında yazıb.

Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun Azərbaycanın məhkəmə sistemi ilə bağlı fikirlərinə cavab verən XİN rəsmisi qeyd edib ki, bu iddialar tam əsassızdır:

“Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”.