Menu
Xəbər Lenti
18 Ock 08:20Manşet / Gündəm

Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində görüşlər keçirir

 

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov ilə birlikdə Harvard Kennedi Məktəbinin “Growth Lab” laboratoriyasının direktoru Rikardo Hausmanla görüşüb.

Bu barədə nazir rəsmi “X” hesabında paylaşım edib. 

“Strateji araşdırma və rəqəmsallaşma sahəsində qlobal trendlər, ölkəmizin iqtisadi diversifikasiya prioritetləri, davamlı inkişaf hədəfləri və potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi apardıq”, - M.Cabbarov bildirib.

10:13

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə “Honeywell” şirkətinin baş icraçı direktoru Vimal Kapur ilə görüşüb. 

Bu barədə nazir rəsmi “X” hesabında paylaşım edib. 

“Şirkətin ölkəmizlə əməkdaşlığı, təqdim edilən innovativ həllərin Azərbaycanda dayanıqlı enerji resurslarından istifadənin genişləndirilməsi üçün potensial əhəmiyyəti və iqtisadiyyatın bir çox sahələrində səmərəli fəaliyyətin təşkili barədə fikir mübadiləsi apardıq”, - M.Cabbarov bildirib.

09:09

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “McKinsey & Company” şirkətinin tərəfdaşı ilə görüşüb.

Bu barədə nazir rəsmi “Facebook” səhifəsində paylaşım edib. 

Paylaşımda bildirilir:

“Davos İqtisadi Forumu çərçivəsində “McKinsey & Company” şirkətinin regional idarəedici tərəfdaşı Özgür Tanrıkulu ilə Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində potensial tərəfdaşlıqlar, biznes mühitinin və insan kapitalının innovativ əsaslarla inkişafı istiqamətində şirkətlə əməkdaşlıq və iqtisadiyyatda rəqəmsal transformasiyanın perspektivləri barədə danışdıq”.