Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 20 Yanvar – Milli yaddaşın sarsılmaz sütunu
Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları təsdiqlənib
ƏMDX-nin rəisi: “Qarabağda torpaq sahəsinin ayrılması ilə bağlı 372 müraciətə müsbət rəy verilib”
“İşğaldan azad olunmuş ərazilərdə torpaq sahələrinin icarəyə verilməsinə razılıq bildirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən daxil olmuş 470,40 hektar torpaq sahəsi üzrə 6 müraciətə razılıq verilib”.
APA xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) rəisi Mətin Eynullayev deyib.
O bildirib ki, burada ümumilikdə indiyədək iki min hektara yaxın torpaq sahəsi üzrə 19 müraciətə razılıq verilib.
“Torpaq sahələrinin ayrılmasına rəy bildirilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olan 4959 hektar torpaq sahəsi üzrə 134 müraciətə müsbət rəy verilib. Ümumilikdə, 11 min hektara yaxın torpaq sahəsi üzrə 372 müraciətə müsbət rəy verilib”, - ƏMDX-nin rəisi əlavə edib.





















































