Xəbər Lenti
Bugün, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Bugün, 07:12
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
13-10-2026, 14:07
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
11-10-2026, 10:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
25 Kas 17:51Manşet / İqtisadiyyat
Azad edilmiş ərazilərdə torpaqların kateqoriyasının dəyişdirilməsinin sadələşdirilmiş qaydası təsdiqləndi

İşğaldan azad edilmiş ərazilərdə torpaqların kateqoriyasının dəyişdirilməsinin sadələşdirilmiş qaydası təsdiq edilib.
Nazirlər Kabinetinin 421 №-li Qərarına əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsinin, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və dəyişdirilməsinin sadələşdirilmiş Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 421 saylı qərarı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1323 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Hazırda işğaldan azad edilmiş ərazilərə qısa müddətdə qayıdışın və torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinin təmin edilməsi zərurəti yaranmışdır.
Qərarda kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatı yerlərinin bir-biriləri arasında məqsədli təyinatının dəyişdirilməsinin Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, dövlət torpaq kadastrında və daşınmaz əmlakın dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi qarşısında Əmlak Məsələləri Dövlət Xidmətinə bildiriş göndərilməsi öhdəliyi qoyulmuşdur. Örüş, otlaq və biçənək kənd təsərrüfatı yerlərindən daha səmərəli istifadə edilməsi üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti nəzərə alınmaqla və heyvandarlığın inkişafına təsiri öyrənilməklə onların əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinə dəyişdirilməsinin isə Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Qərarla işğaldan azad edilmiş ərazilərdə torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına, həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsi, həmin kateqoriya daxilində torpaq sahələrinin məqsədli təyinatının dəyişdirilməsi, vəsatətlərə baxılmasından imtina edilməsi və məsələ ilə bağlı qəbul edilmiş qərarın aidiyyəti üzrə göndərilməsi mexanizmi müəyyən edilmişdir.























































