Menu
Xəbər Lenti
Quterreş ona zəng etdi
Bugün, 05:04

Quterreş ona zəng etdi

Zakir Qaralova ağır itki
16-12-2025, 07:03

Zakir Qaralova ağır itki

Beyaz ekranlara qayıdır
16-12-2025, 05:01

Beyaz ekranlara qayıdır

Bakıya sulu qar yağır
14-12-2025, 07:32

Bakıya sulu qar yağır

“Maska”nın aktyoru öldü
13-12-2025, 11:30

“Maska”nın aktyoru öldü

18 Şub 08:07Manşet / Gündəm / Siyasət / Dünya

Bayden: “Konqres yardımı nəzərdən keçirərkən, Ukrayna daha çox şəhərini itirə bilər”

 

ABŞ prezidenti Co Bayden Ukrayna üçün mübarizə aparacağını söyləyib.

O bildirib ki, ABŞ Konqresi Ukraynaya yardımı nəzərdən keçirdiyi bir zamanda, ölkə daha çox şəhərini itirə bilər.

Bayden deyib ki, o, Kiyevi maliyyələşdirmək üçün Konqreslə yeni vəsaitlərin ayrılması üzrə aparılan danışıqların uğurlu olacağına inanır. Lakin o vaxta qədər Rusiyanın Ukraynada daha çox şəhəri öz nəzarətinə ala biləcəyindən narahatdır.

“Xeyr, əmin deyiləm. Heç kim də əmin ola bilməz ki, bu müddət ərzində Rusiya Ukraynada yeni şəhərlər ələ keçirməyəcək. Ona görə də mən Ukraynaya lazım olan sursatların alınması üçün mübarizə aparacağam”, - deyə ABŞ Prezidenti bəyan edib.

Mənbə: mk.ru