ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
Portuqaliyada parlament seçkisi keçirilir
Portuqaliyada növbədənkənar parlament seçkisi üzrə səsvermə başlayıb.
Ölkə vətəndaşları Respublika Məclisinə (birpalatalı parlament) 230 deputat seçməlidirlər.
Səsvermənin ilkin nəticələrinin gecə saatlarında açıqlanması gözlənilir.
Qeyd edək ki, ilkin olaraq seçki 2026-cı ilə planlaşdırılıb. Bununla belə, 2023-cü ilin noyabrında Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa parlamenti buraxmaq və növbədənkənar seçkilər təyin etmək niyyətində olduğunu açıqlayıb.
Seçki ərəfəsində aparılan sorğular sağ mərkəzçi koalisiyanın Sosialist Partiyasından bir qədər üstün olduğunu və ifrat sağa dəstəyin artdığını göstərib. Lakin ehtimal ki, heç bir siyasi qüvvə hökumətin maneəsiz formalaşdırılması üçün parlamentdə yerlərin mütləq əksəriyyətini əldə edə bilməyəcək.























































