Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

31 Mrt 10:00Manşet / Cəmiyyət

Bəzi ərazilərə leysan, dağlıq rayonlara qar yağıb - FAKTİKİ HAVA

 

Martın 31-i saat 09:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, dağlıq rayonlarda qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Qar örtüyünün hündürlüyü Şahdağda 47 sm, Qrızda 5 sm, Xınalıqda 3 sm olub.

Martın 30-da Gəncə şəhərinə axşam saatlarında diametri 8-10 mm, Daşkəsən rayonuna isə saat 19:03-19:04 radələrində diametri 13 mm olan dolu düşüb.

Martın 30-u gün ərzində şimal-qərb küləyi arabir Ağdamda 20 m/s, Göyçay, Zərdab, Tərtər, Naftalanda 18 m/s, Ceyrançöldə 17 m/s, Şəmkir, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.

Yağıntının miqdarı Ağdamda 9 mm, İsmayıllı, Sabirabadda 8 mm, Qusarda 7 mm, Qrız, Qobustan, Bərdə, Neftçala, Şəki, Tərtər, Beyləqan, Şirvan, Biləsuvar, Yardımlı, Qax, Göygöl, Gəncə, Gədəbəy, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Quba, Balakən, Zaqatala, Şəmkir, Naftalan, Lənkəran, Astara, Cəlilabad, Daşkəsəndə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək, Naxçıvan MR-da 19-24 dərəcə, Aran rayonlarında 26 dərəcəyədək, dağlıq rayonlarda 8-15 dərəcəyədək isti olub.