Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
Rayonlara leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-nə olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 6-sı axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Xidmətdən verilən məlumata görə, Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub. Bakıda və Abşeron yarımadasında isə səhər saatlarında şimşək çaxıb, arabir yağış yağıb.
Düşən yağıntının miqdarı Qəbələdə 62 (aylıq normanın 79%-i), Qaxda 33 (aylıq normanın 28%-i), Zaqatalada 25 (aylıq normanın 30%-i), Oğuzda 18 (aylıq normanın 24%-i), İsmayıllıda 15, Şamaxı, Xaltan, Şahdağ, Şəki, Balakən, Quba, Xaçmaz, Xınalıq, Altıağacda 6, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Şimal-qərb küləyi əsib, arabir Zaqatala, Balakəndə 20, Altıağacda 17, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.
Sentyabrın 7-də Qəbələ rayonuna diametri 17, Qax rayonuna 11, Zaqatala rayonuna 25 mm olan dolu düşüb.























































