Xəbər Lenti
Bugün, 12:47
Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Şahdağda qar yağıb, Gədəbəyə dolu düşüb
Ölkə ərazisində müşahidə edilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeoroloji Xidmətdən verilən məlumata görə, mayın 20-si saat 17:00-a olan məlumata əsasən Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Lerik, Lənkəran, Astara, Kişçay (Şəki), Sarıbaş (Qax), Şabran, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda şimşək çaxıb, arabir yağış, Şahdağda qar yağıb.
Saat 16:25-16:32 radələrində Gədəbəy rayonunun Söyüdlü, Qarabağ, Pirqulu kəndlərinə xırda dənəli dolu düşüb.
Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Neftçalada 20 m/s, Ağdam, Gəncə, Tərtərdə 18 m/s, Bərdədə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 30 m/s, Neft Daşlarında 21 m/s, Ələt, Pirallahıda 20 m/s, Çilov adasında 19 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb.
Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarındək davam edəcək. 21-i gündüz, 22-də Bakıda və Abşeron yarımadasında, bölgələrdə havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.





















































