Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

05 Nis 19:33Manşet / Gündəm / Siyasət

Azərbaycanla Konqo arasında çox böyük potensial var

 

Aprel ayının 3-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasına ilk rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə tətbətək və geniş tərkibdə görüşləri keçirilib.
Sonra hər iki dövlərin rəhbərlərinin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi keçirilib. Prezidentlər ilk növbədə “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar. Mərasimdə həmçinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” imzalanıb.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxış ediblər. Qeyd edilib ki, iki ölkə arasında imzalanan Əməkdaşlıq haqqında Bəyannamə çox önəmli və sanballı bir sənəddir. Bu sənəd Azərbaycan və Konqo arasında gələcək əməkdaşlığın perspektivlərinin müəyyən edəcəkdir. Hər iki dövlər bundan sonra da qarşılıqlı dəstək əsasında beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı fəaliyyətilərini davam etdirəcəklər. 2024-cü ilin yanvar ayına qədər Qoşulmama Hərəkatına 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir.
Bildirilib ki, görüşlərdə iqtisadi sahədə əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Konqoda bir sıra investisiya layihələrində, ilk növbədə kənd təsərrüfatı, bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə iştirak etmək fikrindədir. Əməkdaşlığımız üşün çox gözəl perspektivlər mövcuddur, buna görə də gələcək aylar ərzində hər iki ölkənin nümayəndələri bir-biri ilə sıx təmasda olacaqlar.
Həmçinin Konqodan olan tələbələrin Azərbaycanın müxtəlif ali təhsil ocaqlarında təhsil alması kimi sovet dövründə mövcud olan ənənələrin davam etdirilməsi nəzərdə tutulub və bununla əlaqədar ölkə başçısı tərəfindən müvafiq göstərişlər verilib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidento Deni Sassu-Nqessonu noyabr ayında ölkəmizdə keçiriləcək COP29 tədbirində iştirak etmək üçün dəvət edib. Prezident İlham Əliyev bildirilib ki, "Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.
Konqo Prezidenti Deni Sassu-Nqessonun qeyd edib ki, Azərbaycanla Konqo Respublikası arasında çox böyük potensial vardır və bu potensial inkişafa töhfə verə bilər. Konqonun çox böyük kənd təsərrüfatı potensialı mövcuddur və bu əkin sahələrinin cəmi 3 faizi istifadə edilir. Bu da o deməkdir ki, yerdə qalan sahələr istifadə üçün hazırdır. Konqoda bol su mənbələri mövcuddur, ilboyu günəşli hava kənd təsərrüfatının inkişafına imkan verir. Azərbaycanın kənd təsərrüfatında əldə etdiyi təcrübədən Konqoda istifadə etmək mümkündür və istehsal edilən məhsulun ixracı gəlirli sahəyə çevrilə bilər. Eyni zamanda Konqoda bərpaolunan enerji sahəsində də çox böyük potensial var və Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən yararlanmaq olar.
Görüşün sonunda hər iki dövlətin başçısı Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacağına əmin olduqlarını bildirdilər.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Azərbaycanla Konqo arasında çox böyük potensial var