“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
NEWS.ru: Paşinyan Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxara biləcəkmi?
Ermənistanın baş naziri Nikol Paşinyan etiraf edib ki, Rusiya ilə münasibətlər “ən yaxşı dövrlərdən” keçmir. Bir gün əvvəl isə o, Almaniya kansleri Olaf Şoltsla telefonla danışıb və bundan sonra diqqətini yalnız Qərbə yönəltdiyini, Moskvanın regiondakı ən mühüm məsələlərin həllində göstərdiyi səylərə məhəl qoymadığını açıqlayıb.
Bəs Paşinyan Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxara biləcəkmi? Bu barədə NEWS.ru material dərc edib.
Məqalədə bildirilib ki, Ermənistanın baş naziri aprelin 10-da respublika parlamentində çıxış edib. O, vurğulayıb ki, İrəvan Moskva ilə mübahisə etmək istəmir, çünki bu münasibətlərin Ermənistanın suverenliyi, təhlükəsizliyi və iqtisadiyyatı üçün əhəmiyyətini yanlış qiymətləndirmək olmaz. Eyni zamanda, onun sözlərinə görə, Ermənistan tərəfdaşları ilə münasibətlərdə bir dənə də olsun səhvə yol verməyib, lakin baş nazir dolayısı ilə Rusiyanı və KTMT-ni vədləri pozduğuna görə qınayıb.
Materialda məsələ ilə bağlı politoloq və ekspertlərin rəyləri də yer alıb.