Menu
Xəbər Lenti
Sabah hava yağmurlu olacaq
5-09-2025, 12:09

Sabah hava yağmurlu olacaq

Güclü külək əsir
4-09-2025, 10:22

Güclü külək əsir

Neftimiz ucuzlaşdı
4-09-2025, 10:10

Neftimiz ucuzlaşdı

Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

27 Nis 09:33Manşet / İdman

İbrahimoviç “Milan”da dəyişikliklərə səbəb olacaq mühüm qərarlar verəcək

“Milan”ın keçmiş hücumçusu, hazırkı baş məsləhətçisi Zlatan İbrahimoviç komandanın yeni baş məşqçisinin seçilməsində, eləcə də yay transfer pəncərəsində futbolçuların alınmasında əsas rol oynayacaq.
Bundan əvvəl mətbuatda isveçlinin Antonio Konteni baş məşqçi postuna dəvət etməkdə maraqlı olduğu barədə məlumatlar yayılmışdı. Milan rəhbərliyi isə “Bolonya”nın baş məşqçisi Tyaqo Mottanı ən yaxşı namizəd hesab edir.
Qeyd edək ki, “Milan” 33 oyundan sonra 69 xalla “A” Seriyasında ikincidir. Cədvəldə lider “İnter”dir (86).
Xatırladaq ki, 42 yaşlı İbrahimoviç bu yay karyerasını başa vuracağını açıqlayıb. 1999-cu ildə başlayan peşəkar karyerası ərzində futbolçu “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “PSJ”, “Mançester Yunayted”, “Los Anceles Qalaksi” və “Milan”da çıxış edib. Bu müddət ərzində Zlatan 819 oyun keçirib, 493 qol vurub və 201 məhsuldar ötürmə edib.
Mənbə: Oxu.az