Menu
Xəbər Lenti
SALAM, DAĞ QARDAŞLARI!
29-04-2026, 13:54

SALAM, DAĞ QARDAŞLARI!

Bu qidalar enerji mənbəyidir
29-04-2026, 06:25

Bu qidalar enerji mənbəyidir

Bu ərazilərdə qaz olmayacaq
29-04-2026, 06:00

Bu ərazilərdə qaz olmayacaq

Təbrik Məktubu
26-04-2026, 15:16

Təbrik Məktubu

İmtahan günüdür
26-04-2026, 10:22

İmtahan günüdür

09 May 09:47Manşet / Gündəm / Siyasət

Baş nazir: “Bakı və Ankaranın birgə layihələri Avropa ilə Asiya arasında dəhlizin yaradılmasında rol oynayır”

 

“Azərbaycanla Türkiyənin dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirilən layihələr regionun inkişafında və Avropa ilə Asiya arasında enerji və kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov paytaxt Ankarada keçirilmiş Türkiyə-Azərbaycan biznes forumunda deyib.

Baş nazir bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, TANAP, Bakı-Tbilisi-Qars (BTQ) layihələri Türkiyə ilə Azərbaycanın birgə ən uğurlu layihələrindəndir:

“Mayın 25-də açılacaq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunda yükdaşımaların həcmi artırılacaq”.

Əli Əsədov iki tərəfli formatda həyata keçirilən layihələrə qarşılıqlı olaraq milyardlarla dollar həcmində sərmayələr qoyulduğunu açıqlayıb:

“Bu gün biz münasibətlərimizə uzunmüddətli və strateji yanaşmalarla baxırıq. Həm Azərbaycan, həm də Türkiyə hökumətləri bütün sahələrdə əməkdaşlıq üçün birgə fəaliyyətlərə hazırdırlar”.