Xəbər Lenti
13-10-2026, 14:07
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
11-10-2026, 10:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
10-10-2026, 11:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Ağdamda evdən oğurluq edən şəxs saxlanıldı
Ağdamda evdən 10 min manat pul oğurlayan şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinə rayonun Çəmənli kəndi ərazisində yerləşən evlərin birindən 10 300 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.
Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Xaliq İsmayılov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə X.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.























































