Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olundu
Azərbaycan, Türkiyə və Pakistan rəhbərləri arasında üçtərəfli görüş keçirildi (YENİLƏNİB)
Botanika İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun birgə elmi tədqiqatları davam etdirilir
DİM sədri: "İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür"
Naxçıvan təhsil nazirinə yeni müavin təyin olundu
Naxçıvan Muxtar Respublikasının təhsil nazirinə yeni müavin təyin olunub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rəşad Xəlil oğlu Xudiyev Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin olunub.
Qeyd edək ki, Rəşad Xudiyev bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində Aparat rəhbəri, mədəniyyət nazirinin müavini, Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatı, Strateji planlaşdırma, innovasiyalar və təhlil şöbəsi, Dövlət proqramlarının (layihələrin) idarə edilməsi və monitorinqi sektorunun baş məsləhətçisi və digər vəzifələrdə çalışıb.