Menu
Xəbər Lenti
FHN əhaliyə müraciət etdi
29-06-2024, 11:32

FHN əhaliyə müraciət etdi

27 May 08:57Manşet / Gündəm

Naxçıvan təhsil nazirinə yeni müavin təyin olundu

 

Naxçıvan Muxtar Respublikasının təhsil nazirinə yeni müavin təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşad Xəlil oğlu Xudiyev Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin olunub.

Qeyd edək ki, Rəşad Xudiyev bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində Aparat rəhbəri, mədəniyyət nazirinin müavini, Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatı, Strateji planlaşdırma, innovasiyalar və təhlil şöbəsi, Dövlət proqramlarının (layihələrin) idarə edilməsi və monitorinqi sektorunun baş məsləhətçisi və digər vəzifələrdə çalışıb.