Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
Fransanın kolonializm və neokolonializm siyasəti ilə bağlı hüquqi təhlil aparılacaq

Fransız Polineziyasının nümayəndə heyəti ilə Bakı Təşəbbüs Qrupu arasında keçirilən növbəti məsləhətləşmələrdə təşkilatın Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə artıq icrasına başladığı “Neokolonializm və kolonializmlə mübarizədə qlobal təşəbbüslərin gücləndirilməsi” qrant layihəsinin fəaliyyətləri müzakirə olunub.
“Qafqazinfo” xəbər verir ki, Tavini Partiyasının layihənin icrasına verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılıb.
Layihə çərçivəsində Fransanın kolonializm və neokolonializm siyasəti yürütdüyü dənizaşırı ərazilərdə baş verən insan hüquqlarının pozulması halları barədə hüquqi təhlil aparılacaq, təfsilatlı hesabat hazırlanaraq beynəlxalq təşkilatlara və digər aidiyyəti maraqlı tərəflərə təqdim olunması nəzərdə tutulur.
Layihə cari ilin iyun-oktyabr aylarını əhatə edəcək.
Qeyd edək ki, Fransız Polineziyasının nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun dəvəti ilə ölkəmizdə səfərdədir və müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə olunur.






















































