Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

02 Haz 09:48Manşet / Gündəm

Külək güclənəcək, sulu qar yağacaq - Hava ilə bağlı xəbərdarlıq

 

Bakıda və Abşeron yarımadasında iyunun 1-i günün ikinci yarısından 2-si axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 1-i axşam və 2-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 1-i gecəyə doğru və 2-də gecə bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında iyunun 2-si axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

İyunun 2-si gündüzədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.