Menu
Xəbər Lenti
Stresi dəf etməyin yolları
26-09-2024, 08:55

Stresi dəf etməyin yolları

Bu rayonlara yağış yağıb
25-09-2024, 07:29

Bu rayonlara yağış yağıb

Bəzi ərazilər susuz qalacaq
25-09-2024, 07:19

Bəzi ərazilər susuz qalacaq

Günə xoşbəxt başlayın!
25-09-2024, 07:14

Günə xoşbəxt başlayın!

“ABBA”nın üzvü öldü
24-09-2024, 07:07

“ABBA”nın üzvü öldü

Rəsmi Bakıdan Kanadaya cavab
23-09-2024, 07:22

Rəsmi Bakıdan Kanadaya cavab

07 Haz 08:29Manşet / Kriminal

İnterpol xətti ilə tutulan şəxsə hökm oxundu

 

İnterpol xətti ilə tutularaq Azərbaycana təhvil verilən Həbib Kaltayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, H.Kaltayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, H.Kaltayevin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılıb. O, Cinayət Məcəlləsinin 283-1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma) maddəsi ilə ittiham olunub.

Katayev 2015-ci ildə idarə etdiyi “VAZ-2104” markalı avtomobillə ağır qəza törətdib, həmin qəzada 2 nəfər həyatını itirib. Bu hadisəyə görə ona 7 il azadlıdan məhrumetmə cəzası verilib.

Həbsdən azad edildikdən sonra H.Kaltayev ölkədən çıxaraq Suriyadakı silahlı birləşmələrə qoşulub. H.Kaltayevin dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında Azərbaycanın hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə, eləcə də bu məqsədlə keçirilən döyüş təlimlərində iştirak etməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib. O, istintaqdan gizləndiyinə görə beynəlxalq axtarışa verilmişdi.