Xəbər Lenti
5-09-2026, 19:24
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
5-09-2026, 18:45
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
5-09-2026, 16:12
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
“Araz-Naxçıvan” 13 futbolçunu göndərdi
“Araz-Naxçıvan” müqaviləsi başa çatan bir neçə futbolçu ilə yollarını ayırıb.
“Qafqazinfo” xəbər verir ki, Abdulla Rzayev və İlqar Alekperovun icarə müqaviləsi başa çatdığına görə hər iki futbolçu “Sabah”ın düşərgəsinə qayıdıb.
Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Zamiq Əliyev, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Mohammed Kadiri, Elvis Maşike, Nicat Süleymanov və Orxan Əliyevlə isə yeni anlaşma imzalanmayıb.
Qeyd edək ki, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Miço, Küzmanoviç, Tərlan Əhmədov, Urfan Abbasov, Ülvü İsgəndərov, Ömər Buludov növbəti mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcəklər.





















































