31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib
Əli Cəfərov: “Məqsədimiz Qarabağ döyüşlərinin yaddaşlarda dərin iz buraxmasına nail olmaqdır”
bp Əşrəfi-Dan ulduzu-Aypara layihəsi üçün seysmik tədqiqat proqramına dair məlumat yaydı
Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
Румия Агаева: «Я не обязана выглядеть «как на обложке», главное, чтобы мне было комфортно» - ВИДЕОИНТЕРВЬЮ
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alındı
“Bu, bürokratik əngəllər yaradır”
“Son dövrlərdə, ümumiyyətlə, əmək və məşğulluq sahələrinin elektronlaşdırılması istiqamətində mühüm addımlar atılıb”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.
Şöbə müdiri qeyd edib ki, “Əmək və məşğulluq” altsistemi vasitəsilə rəqəmsallaşdırılacaq proseslər artırılır: “Təqribən 11 il öncə bu prosesin əsası qoyuldu. Üstündən 10 ildən çox vaxt keçməsinə baxmayaraq, əmək müqaviləsi bildirişinin qeydiyyatı ilə bağlı dəyişiklik nəticəsində əmək münasibətləri sahəsində proses tam yekunlaşmır. Daha dəqiq desək, bu sahədə az bir hissə elektronlaşdırılıb.
Hələ də əmək müqaviləsi ilə bağlı əksər proseslər kağız üzərində həyata keçirilir. Bu da müəyyən mənada həm bürokratik əngəllər yaradır, həm də müəyyən maneələrə səbəb olur. Bu mənada düşünürəm ki, bu layihə qeyd edilən proseslərin müsbət mənada başa çatmasına rəvac verəcək”.





















































