Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
22-06-2024, 10:07

Xəzərdə zəlzələ oldu

OralARDA biri var...
20-06-2024, 09:19

OralARDA biri var...

14 Haz 09:06Manşet / Gündəm

Bakıda yaşayış binasında lift qırıldı - Xəsarət alanlar var+Yenilənib


Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində liftin qırıldığı bildirilir.

Bu barədə “Qafqazinfo”ya sakinlər məlumat verib.

Məlumata görə, hadisə zamanı xəsarət alanlar olub.

Qeyd edək ki, əraziyə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları cəlb olunub.

***

FHN-nin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, hadisə ilə bağlı “112” qaynar telefon xəttinə müraciət daxil olub.

Xilasedicilər dərhal əraziyə göndəriliblər.

Lakin, xilasedicilər hadisə yerinə çatmamış onların köməyinə ehtiyac olmadığı barədə növbəti müraciət daxil olub.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 13.06.2024-cü il tarixində saat 22:00 radələrində Xətai rayonunda yaşayış binasında lift qırılması səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Xəsarət alan 8 nəfər şəxsdən (5-i qadın, 3-ü kişi olmaqla) 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Xəsarət alanların vəziyyəti ətraflı dəyərləndirildikdən sonra əlavə məlumat veriləcək.