Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
22-06-2024, 10:07

Xəzərdə zəlzələ oldu

OralARDA biri var...
20-06-2024, 09:19

OralARDA biri var...

14 Haz 20:29Manşet / Gündəm

İctimai nəqliyyat, onun bugünki vəziyyəti və ictimai nəqliyyatda qarşılaşdığımız problemlər...

Əziz Ata tv az saytı sevərlər bugün sizlərə ictimai nəqliyyat, ona tələbat və ictimai nəqliyyatda yaşanan problemlər haqqında danışmaq istəyirəm... Hər birimiz çox yaxşı bilirik ki , şəhər əhalisinin böyük bir hissəsi bugün ictimai nəqliyyatdan istifadə edir və bugün ictimai nəqliyyata tələbat həqiqətən çox böyükdür. Yaxşı, bəs reallıq necədir? Şəhər əhalisinin böyük bir hissəsinin gündəlik istifadə etdiyi ictimai nəqliyyat bugün hansı vəziyyətdədir? Təəssüf hissi ilə də olsa qeyd etməyə məcburam ki, bugün ictimai nəqliyyatın bir çox xətlərində vəziyyət heç də ürəkaçan deyil... ilk öncə bu məsələdə daşıyıcıların sürücü seçiminə toxunmaq istəyirəm. Belə ki, buna misal olaraq xüsusilə qeyd etmək istəyirəm ki, 592, 585, 165 və 79 saylı marşurut xətlərində elə sürücülərə rast gəlmək olur ki, bu sürücülərin nəqliyyat vasitəsini necə idarə etdiklərini görəndə adam az qalır səfərini təxirə salıb avtobusu tərk etsin... Bəli belə intizamsız və nəzakətsiz sürücülərə daha çox 165 saylı marşurutda tez-tez rast gəlmək olur. Belə ki, 165 saylı marşurut xəttinin bir çox sürücüləri yol boyu avtoşluq edir, dayanacaqlarda saxlamır , yolda avtobusa minən tanıdığı 2-3 xanımı və qanunsuz olaraq yanında konduktor kimi saxladığı oğlanı ön qapının qarşısında sürücünün böyründə saxlamaqla avtobusa minmək istəyən sərnişinlərin avtobusa minməsinə maneəçilik yaradır, sərnişinləri ödəniş kartını konduktura vurdurub avtobusa arxa qapıdan minməyə məcbur edirlər... Nəqliyyatdan enmək istəyən sərnişinlər dayanacaqlarda düşərkən onların düşməsini gözləmir, insanları qapının arasında sıxır, hələ həmin insana kobudluq da edir. Bütün bunlardan daha dəhşətlisi isə 165 saylı marşurut xəttinin sürücülərinin bir çoxunun avtobusu idarə edərkən ictimai nəqliyyatda siqaret çəkməsidir. Belə sürücülərdən 165 saylı marşurut xəttinin 841 , 10 -021 dövlət nömrə nişanlı avtobuslarının sürücülərini qeyd etmək olar... Ümid edirik ki, bu yazımızdan sonra istər 165 saylı marşurut xəttinin rəhbərliyi, istərsə də dövlət yol patrul xidmətinin əməkdaşları qeyd etdiyim bu sürücülər barədə ciddi ölçü götürəcəklər. Biz isə Ata tv az saytı olaraq ictimai nəqliyyatda yaşanan problemləri növbəti yazılarımızda da geniş formada işıqlandıracağıq. Yolunuz açıq olsun.

Rasafil Bayramov Ata tv az saytının rəhbəri