Xəbər Lenti
10-07-2025, 13:22
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
9-07-2025, 08:08
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
9-07-2025, 07:51
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
9-07-2025, 07:48
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə
8-07-2025, 09:30
Paşinyan keşişlərə qarşı hərəkatı öz üzərinə götürdü: "Kilsə əxlaqsız qrup tərəfindən ələ keçirilib"
7-07-2025, 12:48
Füzuli Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə “troll”arından istifadə edir? FAKT/FOTO
Misir Mərdanov deputat olmaq istəyir - YAP sabiq nazirə “yaşıl işıq” yandıracaqmı?
İyulun 27-də Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması ilə bağlı müraciətə baxacaq. Artıq ölkədə seçki əhal-ruhiyyəsi hiss edilir, ictimai-siyasi proseslərdə iştirak edənlərin bəziləri parlament seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
Sosial şəbəkələrdə isə bu seçkidə vaxtı ilə vəzifədə olan nazirlərin, komitə sədrlərinin, eləcə də sabiq deputatların yenidən namizəd olacağı ilə bağlı məlumatlar yayılır. Hətta onların arasında sabiq təhsil naziri Misir Mərdanovun da adı çəkilir. Məlumatda onun adının YAP-ın siyahısında olacağı vurğulanır. Sual olunur, zamanında "vurulan” şəxslər yenidən parlamentə düşə bilərmi?

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu adamların parlamentdə təmsil olunacağını güman etmir:
"Əvvəllər belə hallar müşahidə edilib, vaxtilə icra hakimiyyəti orqanlarında və müxtəlif vəzifələrdə çalışan şəxslər deputat seçilib. Hətta bu adamlara yenidən başqa qurumlarda vəzifələr də verilib. Amma indi hesab edirəm ki, artıq bu kimi hallara son qoyulub. Buna baxmayaraq, prinsip etibarı ilə hər şey mümkündür. Lakin gözləmirəm ki, "vurulan” kadrların hamısı namizədliyini irəli sürsün”.
Bahar Rüstəmli