Xəbər Lenti
Bugün, 14:16
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Bugün, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Bugün, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Bugün, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Bugün, 08:33
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Naxçıvanın 5 min illik tarixinin daha bir nümunəsi aşkarlandı

AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Babək rayonunun Göynük kəndi ərazisində yerləşən "Bülövqaya” qədim yaşayış yerində arxeoloji qazıntılar aparır.
AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev qədim yaşayış yerində aparılan tədqiqat işləri ilə tanış olub. Bildirilib ki, araşdırmalar bu yaşayış yerinin e. ə. V minillikdə köçmə maldarlıqla məşğul olan insanlara aid olduğunu göstərir. Bu tayfalar köçəri həyat tərzi keçirib, yüngül konstruksiyalı, ya da çadır tipli evlərdə yaşayıblar. Burada aşkar olunan qiymətli tapıntılar boyalı keramika məmulatından ibarətdir. İindiyədək 200-dən artıq boyalı keramika aşkar olunub. İlkin tədqiqatlar bu keramika məmulatının Şimali Mesopotamiyadan köç edən Ubeyd tayfalarına və Ubeyd mədəniyyətinə aid olduğunu göstərir.























































