Xəbər Lenti
Bugün, 12:47
Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Mandatlı seçki dairələri üzrə deputatlığa namizədliyin irəli sürülməsi prosesi başladı
Azərbaycanda mandatlı seçki dairələri üzrə deputatlığa namizədliyin irəli sürülməsi prosesi başlayıb.
"Report"un xəbərinə görə bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova qurumun iyunun 29-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, seçkilərin təyin olunması ilə bağlı dövlət başçısının rəsmi sərəncamı dərc olunduqdan sonra namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması haqqında qərarın qəbul edilməsi üçün sənədlər müvafiq dairə seçki komissiyasına təqdim edilir: "DSK-lar isə həmin sənədlərə beş gün müddətində baxaraq müvafiq qərarlar qəbul edirlər".
Mərkəzi Seçki Komissiyasınınn Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq seçki dairələrinə təqdim edilməsi səsverməyə ən çox 50 gün və ən az 30 gün qalmaqla saat 18:00-a qədər davam edəcək. Beləliklə, proses iyulun 13-də başlayacaq, avqustun 2-si saat 18:00-da başa çatacaq.





















































