Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
Xeyriyyəçilik nümunəsi: Zeferyolu.az saytının rəhbəri Jalə Ağakişiqızından növbəti humanist təşəbbüs
Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi

Nazirlər Kabineti 2009-cu il 25 dekabr tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda və 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişiklik edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, bundan sonra qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və yaxud nümayəndəlikləri qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatını hər il aprelin 1-dən gec olmayaraq Ədliyyə Nazirliyinə də təqdim edəcək.
İndiyə qədər bu hesabatlar yalnız Maliyyə Nazirliyinə təqdim edilirdi.























































