“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
QAYĞI VƏ EHTİRAM.
Müəllim-bu ad müqəddəs,şərəfli və hər bir şəxsin həyatında yolgöstərən,onun dünyagörüşünün formlaşmasında öz şagirdi üçün mənəvi valideyin kimi yüksək missiyanı daşıyan şəxsiyyətdir.Dahiləri yetirən müəllimlərimizin əməyi həmişə qiymətlidir.
Müəllim o vaxt öz adını doğruldur ki,onun yetirmələri elmi,bilikləri ilə yüksək mənəvi keyfiyyətləri ilə həyatda mövqe tutmaqla ucalır.Həyatda vətəni,xalqı üçün öz əməyini sərf etməklə,xalq tərəfindən sevilir və nüfuz sahibinə çevirilir.
Yaxşı yadımdadır,Masallı şəhər Dəfinə liseyində işlədiyim dövrdə təhsil alan və unudulmaz şagirdlərimin qazandığı uğurlar və bütün sahələrdə nəaliyyətləri məni sevindirir və özüm üçün onları qürur mənbəyi hesab edirəm.
Belə şagirdlərimindən biri haqqında söhbət açmağı,onun şərəfli həyat yolunu,müqəddəs həkimlik peşəsini işıqlandırmağı özümə mənəvi borc bilirəm.Masallı Referans tibb mərkəzinin Otorinolarinqoloq
həkimi Lamiyə Mirzəyeva.
Xəstələrin nüfuzunu qazanmış,öz tibbi elmi biliyi və içdiyi Hippokrat andına sadiqliyi,sadəliyi,təvəzökarlığı verdiyi düzgün diaqnozu ilə apardığı müalicənin yüksək nəticəsi neçə-neçə xəstə göstərdiyi qayğı hesabına şəfa tapmışdır.
Lamiyə həkim haqqında eşitdiyim xoş xəbərlər məni bir müəllim kimi həmişə sevindirir və onunla qürur duyuram.Öz peşəsinin vurğunu olan Lamiyə həkimin qəbulunda olduğum vaxt onun haqqında eşitdiyim xoş sədaların şahidi oldum.Həkimlərimizin, o cümlədən,Lamiyə həkimin fədakarlığı,nümünəvi göstərdiyi tibbi xidmət hər birimizi sevindirməli və ona şəfalı əlləriniz var olsun deməliyik.Lamiyə həkimə şərəfli işində yeni-yeni uğurlar arzusu ilə.
Soltanağa Cəfərov.
AJB-nin üzvü.
"Qızıl Qələm"media mükafatı laureatı