Xəbər Lenti
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
20-05-2026, 15:19
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
20-05-2026, 15:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Prezident İlham Əliyev: Qazaxıstanın qazandığı uğurlar qardaş ölkə olaraq Azərbaycanı da çox sevindirir

Qazaxıstan dinamik inkişaf yolu ilə inamla irəliləyərək bütün sahələrdə mühüm nailiyyətlər əldə edib, beynəlxalq aləmdə layiqli yer tutub. Bu gün Prezident Kasım-Jomart Tokayevin qətiyyətli rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatlar və quruculuq işləri qardaş ölkənin hərtərəfli inkişafına və yüksəlişinə xidmət edir. Qazaxıstanın qazandığı uğurlar qardaş ölkə olaraq Azərbaycanı da çox sevindirir.
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı yüksək səviyyəsi ortaq tarix, mənəvi, mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsini bariz şəkildə təcəssüm etdirir.
Qazaxıstan Prezidentinin bu ilin avqustunda Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi, siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar açdığının vurğulandığı məktubda daha sonra deyilir: "Eyni zamanda bu yaxınlarda Astanada Sizinlə görüşümü məmnunluqla xatırlayır, əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız ətraflı fikir mübadiləsi və müzakirələrin Azərbaycan-Qazaxıstan münasibətlərinə yeni təkan verəcəyinə inanıram".
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan çoxşaxəli əlaqələrin, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın davam etdirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstəriləcək.





















































