Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

01 Ağu 09:03Manşet / Gündəm

“Paşinyan artıq ən çətin işi edib”

 

"Konstitusiya dəyişikliyinin Ermənistanın Baş naziri Nikol Paşinyan üçün nə qədər çətin olmasından danışarkən unutmamalıyıq ki, o, ən çətin işi artıq edib. O açıq şəkildə bildirib ki, Azərbaycana qarşı ərazi iddiaları yoxdur”.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı deyib. Onun sözlərinə görə, N.Paşinyan hətta Azərbaycan ərazisi hesab etdiyi ərazini kvadrat kilometrinədək qeyd edib. Ölkənin xarici işlər naziri isə sülh sazişi layihəsinə daxil edilmiş 5 fundamental baza prinsipini qəbul etdiklərini açıqlayıb. 
"Prinsiplərdən biri ölkələrin bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətdir. Bu da indi və gələcəkdə istənilən ərazi iddiasından imtina etmək deməkdir. Paşinyandan gözlənilən onun ritorika və siyasi bəyanatlarını real vəziyyətə uyğunlaşdırmasıdır. Əgər o, sadəcə olaraq deyirsə ki, bu məsələni həll etmək onun üçün çətindir, çünki ölkə daxilində çətinliklərlə üzləşəcək, bu, bizim üçün zəif arqumentdir. Bizim ondan gözlədiyimiz baş nazir kimi elan etdiyi Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olması, Ermənistanın ona qarşı iddialarının olmaması və bunun əsasında da qonşuları ilə əlaqələrini normallaşdırmağa hazır olması barədə bəyanatlarını icra etməsidir. Yeganə lazımi addım bu münaqişənin tək səbəbini aradan qaldıracaq konstitusiya dəyişikliyidir. Təsəvvür edin ki, biz bu sazişi imzalayırıq və bir müddət sonra Ermənistanda yeni hökumət hakimiyyətə gəlir və bildirir ki, saziş əvvəlki baş nazir tərəfindən imzalanıb və legitim deyil, çünki konstitusiya ilə ziddiyyət təşkil edir. Bu, o deməkdir ki, onlar gələcək revanşist ritorikalar üçün qapıları açıq saxlayırlar. Ona görə də, sülhün əldə olunmasını istəyən heç bir kəs bu məsələni gözardı edə bilməz”,- deyə Elçin Əmirbəyov qeyd edib.