Xəbər Lenti
Dün, 07:12
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
13-10-2026, 14:07
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
11-10-2026, 10:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Yağış yağıb, şimşək çaxıb - Faktiki hava
Bu gün saat 9:00-a olan faktiki hava şəraiti açıqlanıb.
“Qafqazinfo” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunub. Gündüz bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Lənkəranda 6 mm, Astarada 2 mm, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Qobustan, Sabirabad, Biləsuvar, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Şərq küləyi arabir Culfada 18 m/s-dək güclənib. Şəmkir, Qrız, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb























































