HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kontakt”ın yeni sosial çarxı bütün ölkəyə səs salıb - Məktəblilərə notbuk hədiyyə edilir
“Kontakt” mağazalar şəbəkəsi yeni tədris ili ərəfəsində ucqar kəndlərdə yaşayan məktəbliləri sevindirməyə hazırlaşır. Şəbəkənin “Hekayənin bir parçası ol” adlanan bu layihəsi olduqca təsirli təqdimat videosu ilə diqqət çəkib.
Layihədə “Kontakt” eksklüziv tərəfdaşı olan “Hisense” brendi ilə birgə addımlayır. Belə ki, oktyabrın 1-dək “Kontakt” mağazalarında eləcə də, kontakt.az saytında “Hisense” məhsullarının satışından əldə olunan gəlirin bir hissəsi ucqar kəndlərdə yaşayan məktəblilərin təhsilini dəstəkləmək məqsədilə onlara notbukların alınmasına sərf ediləcək.
Qeyd edək ki, layihə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə həyata keçirilir.
Bu layihədə “Hisense”la yanaşı, “Philips” brendi də məhsullarının satışından əldə olunan gəlir ilə məktəblilərin notbuk sahibi olmasına dəstək göstərəcək.
Bu xeyirxah layihəyə qoşulmaq istəyən hər kəs “Kontakt”dan alış-veriş edərək ucqar dağ kəndlərindəki uşaqların uğur hekayəsində pay sahibi ola bilər. Layihənin böyük maraq görən təqdimat videosunda deyildiyi kimi “Hekayənin bir parçası ol”…
Təqdimat videosunu buradan izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=g2nhzbGHJfk
Qeyd edək ki, “Kontakt” mütəmadi olaraq Azərbaycanın müxtəlif bölgələrində pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirir.























































