Menu
Xəbər Lenti
Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 12:22

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 12:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 15:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 14:54

Bakıda güclü külək əsir

“Azeri Light” bahalaşdı
28-08-2026, 09:24

“Azeri Light” bahalaşdı

30 Ağu 12:45Manşet / Kriminal

Göygöldə 4 nəfər bit dərmanından zəhərləndi - 9 yaşlı uşaq öldü

Göygöl rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə kəndlərin birində qeydə alınıb. Bildirilib ki, zəhərlənən 4 nəfərdən 3-ü azyaşlıdır. Onlardan 9 yaşlı uşaq ölüb.
Bildirilir ki, uşaqların nənələri başlarını bit dərmanı ilə yuyub. Onların “Niastol” adlı bit dərmanından zəhərləndikləri ehtimal edilir.
Araşdırma aparılır.
Qeyd edək ki, oxşar hadisə bu ilin iyul ayında Xızı rayon Altıağac qəsəbəsində də qeydə alınıb. Belə ki, 2017-ci il təvəllüdlü Eyvazlı Ümid Mərdan oğlunun başına bit düşüb. Bundan sonra azyaşlının başına mal-qara üçün nəzərdə tutulan neastol dərmanı töküb. Gənə və parazitlərə qarşı istifadə edilən maye dərmanın tətbiqindən sonra uşağın halı pisləşib və dünyasını dəyişib.