Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

05 Eyl 15:14Manşet / Gündəm

Paşinyan həmin dövrə qədər hakimiyyətdə qalsa… - Qabil Hüseynli

"Nikol Paşinyan həmin dövrə qədər hakimiyyətdə qalsa, Ermənistanın 2027-ci ildə dəyişmək niyyətində olduğu konstitusiyasında Azərbaycan və Türkiyəyə ərazi iddialarını nəzərdə tutan müddəalar ləğv edəcək".  
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Qabil Hüseynli Ermənistan konstitusiyasında 2027-ci ildə edilməsi gözlənilən dəyişiklikdə İrəvanın Azərbaycan və Türkiyəyə ərazi iddialarını nəzərdə tutan müddəaların ləğvi məsələsinin qoyulub-qoyulmayacağını şərh edərkən deyib.
Qabil Hüseynli bildirib ki, böyük ehtimalla Ermənistanın yeni konstitusiyasının məzmununda Azərbaycan və Türkiyəyə ərazi iddiaları ilə bağlı məqamlar mütləq şəkildə yer almayacaq:
 
"Nəyin uğrunda mübarizə aparırıq, nəyin uğrunda sülh müqaviləsinin imzalanması ləngiyir? İrəvan bu istiqamətdə addım atıb konstitusiya dəyişikliyinə getməsə, bu halda ciddi dilemma qarşısında qalacaq. Bu baş verməsə, Azərbaycan və Türkiyə ciddi addımlar atacaq. Paşinyanın həmin dövrə qədər hakimiyyətdə qalması sözügedən məsələnin müsbət həllinə təkan verəcək. 
Ermənistanın hazırkı konstitusiyasında iddia edilir ki, guya Azərbaycan ermənilərin bir sıra torpaqlarını, o cümlədən Dağlıq Qarabağı istila edib. Türkiyəyə gəlincə, düşmən ölkənin konstitusiyasında yer alan əcaib iddiaya görə, guya Ankara Ermənistanın 170 min kv.km. torpağını işğal altında saxlayır. Konstitusiyalarına bu cür cəfəng, heç bir əsası olmayan müddəaları salaraq, regionda sülhün əldə olunmasına əngəl olur, gərginlik ocağı yaradırlar. Ona görə də İrəvan bölgədə sülhün, əmin-amanlığın olmasında maraqlıdırsa, yeni konstitusiyasında bu müddəalardan imtina etməlidir".
Qeyd edək ki, Ermənistan KİV-lərinin məlumatına görə, ədliyyə naziri Qriqor Minasyan 2027-ci ildə Ermənistanda konstitusiya referendumunun keçiriləcəyinin planlaşdırıldığını deyib: "Bizə konstitusiya dəyişikliyi yox, yeni konstitusiya lazımdır. Biz bu məsələni müzakirə etdik və konsensusa gəldik".
Bundan əvvəl isə Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan edib. 
Azərbaycan və Türkiyənin bu prosesdə haqlı olaraq marağında olan məsələ ermənilərin mövcud konstitusiyasında yer alan və Azərbaycanla Türkiyəyə ərazi iddialarının qeyd edildiyi müddəaların ləğvi məsələsidir.
Rüfət Sultan