“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə
Paşinyan keşişlərə qarşı hərəkatı öz üzərinə götürdü: "Kilsə əxlaqsız qrup tərəfindən ələ keçirilib"
Füzuli Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə “troll”arından istifadə edir? FAKT/FOTO
Qobustanda 24 yaşlı gəlinini öldürməkdə şübhəli bilinən şəxs MÜƏLLİM İMİŞ - ŞOK TƏFƏRRÜAT
Politoloq Azərbaycan-Ermənistan danışıqları barədə: “İkitərəfli görüşlər daha səmərəli olur”
Politoloq Qabil Hüseynli sülhyaratma prosesi üçün görüşlərin ikitərəfli formatda həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.
O, “Report”a açıqlamasında deyib ki, praktika da ikitərəfli görüşlərin daha səmərəli olduğunu sübut edir.
Q.Hüseynli Prezident İlham Əliyevin yanvarın 10-da yerli telekanallara müsahibəsində səsləndirdiyi fikirlərə diqqət çəkərək vurğulayıb ki, Azərbaycanın vasitəçiyə ehtiyacı yoxdur:
“Prezident İlham Əliyev bir daha bildirdi ki, bizim hansısa vasitəçiyə ehtiyacımız yoxdur, amma kimlərsə sülhyaratma prosesinə kömək etmək istəyirsə, onun da əleyhinə deyilik. Ona görə də bu məsələ ətrafında Ermənistan nə düşür, düşünsün, bizim qərarımız qətidir”.
Siyasi şərhçi həmçinin Ermənistanın özünə himayədar axtardığını da söyləyib:
“Ermənistan Fransaya, Qərb dövlətlərinə söykənərək Azərbaycana təzyiq göstərmək istəyir. Azərbaycan isə bu oyuna getməyəcək. Əgər Ermənistan sülh istəyirsə, Azərbaycan tərəfi ilə əməkdaşlıq etməlidir. Biz onlara ziyanlı bir şey təklif etmirik. Sadəcə olaraq istəmirik ki, kimsə bizim başımızın üstündə durub əmr versin, yaxud da kənardan müdaxilə edərək göstəriş versin. Azərbaycanın buna ehtiyacı yoxdur”.