“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
“GEELY” kosmosu fəth edir!
Avtonom sürücülük və okean müşahidə texnologiyalarını sınamaq üçün “Geely Holding Group” orbitə 10 peyk daha buraxıb.
“Qafqazinfo” xəbər verir ki, Çin məşhur avtomobil istehsalçısı olan bu şirkət üçün istifadə ediləcək “Geely-03” rabitə peyklərini uğurla işə salıb.
Çin aerokosmik elm və texnologiya korporasiyasının (CASC) məlumatına görə, buraxılış sentyabrın 5-də saat 21:30-da Tayyuan kosmodromundan (Şimali Şansi əyaləti) “CZ-6” (“Changzheng-6”) raketi ilə baş tutub.
Peyklər, Çin avtomobil istehsalçısı “Geely” brendinin avtonom sürücülük texnologiyaları və nəqliyyatlararası rabitə xidmətləri sistemini sınamaq üçün tətbiq ediləcək. Bundan əlavə, peyklər okeanları müşahidə etmək üçün də istifadə ediləcək.
Üçmərhələli ekoloji cəhətdən təmiz maye yanacaqlı yeni nəsil “CZ-6” raketinin uzunluğu 29 m və diametri 2,6 m-dir. 1 tona qədər yükü aşağı yer orbitinə çıxara bilər. Bu onun artıq 12-ci buraxılışı idi.






















































