“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
“ŞAHMALI” QUM-ÇINQIL YATAĞINDAN GECƏLƏR QANUNSUZ İSTİFADƏ OLUNUR- Nazirin nəzərinə
Ağcabədi rayonunda yerləşən “Şahmalı” qum-çınqıl yatağından istifadə üzrə 2023-cü ilin aprelin 6-da keçirilən hərracda “Nağıoğlu” MMC qalib olmuş və ona ərazinin 2 ha torpaq sahəsi ayrılmışdır. Burada faydalı qazıntının dərinliyi 5 m olmaqla, ehtiyat 60000 kub m hesablanmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatları Dövlət Agentliyinin idarə heyətinin sədri cənab Samir İdayətovun 13 aprel 2023-cü il tarixli məktubunda da qeyd edilir ki, bu tələblərə riayət edilməsi şərtilə qalib MMC-yə 12 aprel 2029-cu il tarixinədək “Dağ –mədən ayrılması” aktı verilməsinə etiraz olmamışdır. Lakin ETSN Dövlət Mineral Xammal Ehtiyatları Dövlət Agentliyi tərəfindən “Nağıoğlu” MMC-yə torpağın təyinatının dəyişdirilməsindən sonra işə başlamağa icazə veriləcəyi barədə məktub ünvanladığını bildirmişdir. Və eyni zamanda onu da qeyd etmişdir ki, Xidmətin müvafiq şöbəsi tətərindən yatağın yerləşdiyi torpaq sahəsinə baxış keçirilmişdir. Monitorinq zamanı həmin ərazidə hər hansı işlərin aparılması aşkar edilməmişdir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti rəisinin müavini cənab Elçin Yusibovun imzaladığı 25 iyun 2023-cü il tarixli məktubunda isə xüsusi vurğulanır:
“ Qeyd etmək lazımdır ki, “Şahmalı” qum-çınqıl yatağından istifadə onun yerləşdiyi torpaq sahəsi üzrə mülkiyyətçi ilə icarə müqaviləsi bağlandıqdan və reyesterdə qeydiyyata alındıqdan sonra oluna bilər. “
Bəli, rəsmi məktublardan da aydın olur ki, “Nağıoğlu” MMC hələ hərracın qalibi olmaqla işini bitmiş hesab edərək qum-çınqıl yatağından necə gəldi istifadə edə bilməz. Bunun üçün əsas məsləs torpağın təyinatının dəyişdirilməsidir. Bas Nazirlər Kabinetinin bu haqda qərarı varmı?
Bizdə olan məlumata görə belə bir qərar olmadığına görə “Nağıoğlu” MMC oturub gözləməli idi. Lakin yerli mənbələrin verdiyi və lentə aldığı videogörüntülərdən belə məlum olur ki, qalib mmc elə 2023-cü ilin ortalarından ona ayrılmış 2 ha ərazidən də artıq yerdə fəaliyyətə başlamış və kommersiya işilə məşğul olmuşdur. Bir neçə ay əvvəl tərəfimizdən məslə qaldırıldıqdan sonra isə mmc fəaliyyətini gecələr davam etdirməyə, yəni yük avtomobillərini hasil etdikləri qum-çınqıl materialları ilə fasiləsiz olaraq doldurub yola salmağa başlamışlar. Aidiyyatı qurumlar başda ETSN Dövlət Mineral Xammal Ehtiyatları Dövlət Agentliyi, Dövlət Ekoloji Təhlükəsizlik Agentliyi rəhbərliyi sanki heçnə baş vermirmiş kimi davranmış, gözlərini passiv tamaşaçı kimi döyməklə məşğul olmuşlar. Yerli hüquq-mühafizə orqanları da həmçinin. Bəs görəsən Ağcabədi rayonun “Şahmalı” qum-çınqıl yatağnda nə baş verir? O baş verir ki, “Nağıoğlu” MMC son 1 illik qanunsuz fəaliyyəti zamanı nəzərdə tutlan 60000 kub m həcmdə qum –çınqıl yatağından da çox faydalı qazıntını istrehsal edərək satmış, külli-miqdarda vergilərdən, əsas da mədən vergisindən yayınmaqla dövlət büdcəsinə xeyli ziyan vurmuşdur. Hesab edirik ki, bu qanunsuzluğun qarşısı aidiyyatı qurumlar tərəfindən alınmalı, icazəsiz qazıntıların həcmi müəyyən edilməli və qanunvericilik çərçivəsində lazımi tədbirlər görülməlidir.
Xüsusi vurğulamaq yerinə düşər ki, "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasilatı ilə məşğul olduğuna görə bir dəfə cəzalandırılıb. Baş Prokuroluqda faktla bağlı cinayət işi başlanıb və araşdırmalar zamanı məlum olub ki, şirkət dövlətə 700 000 min manat zərər vurub. Həmin zərər bu gün də dövlətin nəfinə ödənilməkdədir. "Nağıoğlu” MMC indi də eyni qanunsuzluğa yol verir”. Bəs indi görəsən gecələr qanunsuz fəaliyyətə görə bu şirkəti nə qədər cərimə cəzası gözləyir?
Xatırladaq ki, az əvvəl İmişli rayonu ərazisində də bir neçə fiziki şəxslər tərəfindən Araz çayı ətrafında aparılan qanunsuz qum-çınqıl daşınmasıilə də bağlı araşdırma yazılarımızı əlaqədar təşkilatlara göndərmişdik. Və dərhal da tədbirlər görülmüşüdür. Baxmayaraq ki, rayon səvyyəsində bu qanunsuz işlərin davam etməsində maraqlı olan qüvvələr vardır.
Bizi izləyin.
İfadetv.com-un araşdırma qrupu